Yeni Kaledoniyada Fransaya qarşı aksiya: İlk dəfə bayrağımız dalğalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Fransa polisi Azərbaycanın bayrağının qaldırılmasının qarşısını almağa cəhd göstərib.
Fransız polisi aksiya iştirakçılarından Azərbaycan bayrağını yığışdırmağı tələb edib. Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir, odur ki, müstəqillik aksiyasında Azərbaycanın bayrağını qaldırıblar. Nəticədə aksiyada Azərbaycan bayrağı yığışdırılmayıb.
Qeyd edək ki, Yeni Kaledoniya paytaxtında Fransaya qarşı etiraz aksiyasında ilk dəfə Azərbaycan bayrağı dalğalandırılıb. Paytaxt Numea şəhərində Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar. Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.
#Yeni Kaledoniya teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV
- Yeni Kaledoniya ilə bağlı 3 sazişin əsas məqsədi ifşa olundu
- Bakı Təşəbbüs Qrupu bəyanat yayıb
- Rusiyadan Yeni Kaledoniyadakı hadisələrlə bağlı Fransaya çağırış
- Beynəlxalq dekolonizasiya cəbhəsi Bujival razılaşmasını qəbul etmədi
