Yeni marşrut planı | İrəvan İran üçün Rusiyaya “açar” olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakiri Sərdrudi erməni həmkarı ilə görüşüb.
Bu barədə İran mediası məlumat yayıb.
Görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun açılması müzakirə olunub.
Məlumata görə, tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyən edilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin işə salınması məsələlərinə toxunublar.
Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində “Şimal-Cənub” dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran-Rusiya dəmir yolu əlaqələrinin qurulmasına şərait yarada biləcəyi vurğulanıb.
Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər.
#İran teqi istifadə olunub
- İran nefti hansı bayraq altında daşınır? - ABŞ-nin sanksiya siyahısında görün kimlər var - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
