Pleyeri seçin:

Zəngəzur dəhlizi açılsa, yola nəzarət necə olacaq? | “Hraparak” qəzetindən sensasiyalı yazı

15 fevral 2025 519 baxış

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb, indi statusla bağlı yekun qərar verilir.

Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Azərbaycanla dəhliz məntiqinin müzakirə olunmadığını bəyan edən hakim komandanın üzvləri artıq maneəsiz keçid məsələsini gündəmə gətiriblər və insanları buna hazırlayırlar:

“Maneəsiz keçid dəhlizin özündən başqa bir şey deyil. Məsələn, parlamentin sədri Alen Simonyan Bakıya maneəsiz yol verməyə hazır olduqlarını açıqlayıb:

“Hansı yol olur-olsun, Azərbaycan bu yolu dəhliz adlandıracaq”.

“Hraparak”ın fikrincə, maneəsiz keçid rejimində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq.

Mənbə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bu açıqlamasına da yer verib:

“Ermənistan Naxçıvanla əlaqəmizi maneəsiz və yoxlamasız təmin etməlidir”.

Məqalədə deyilir ki, Əliyev Zəngəzur dəhlizi layihəsindən başqa heç bir təşəbbüslə razılaşmır:

“Hakimiyyət kommunikasiyaların açılması üçün Bakıya hansı təklifləri göndərdiklərini açıqlamasa da, İ.Əliyev həmin müşavirədə Paşinyanın “Sülh kəsişməsi” layihəsini açıq şəkildə “kağız parçası” adlandırdı və Zəngəzur dəhlizi projesində israrlı olduğunu nümayiş etdirdi. İ.Əliyev dəhlizdən danışarkən 10 noyabr sənədinə istinad edir və Paşinyanın bu çərçivədə üzərinə götürdüyü öhdəlikləri xatırladır”.

Erməni ekspert Armen Manvelyanın sözlərinə görə, Ermənistan rəsmilərinin bəyan elədikləri maneəsiz keçid rejimi dəhliz məntiqini ehtiva edir:

“İndi biz bunu dəhliz və yol adlandırmağımızdan asılı olmayaraq, Azərbaycanın hansısa nöqtəsindən Ermənistan üzərindən Naxçıvan və ya əks istiqamətdə standart yoxlama sistemi və prosedurlarından keçməyən yüklər daşınırsa, deməli, dəhlizin özündən söhbət gedir”.

A.Manvelyan əlavə edib ki, bu statusla açılan yollarda sərhəd və gömrük anlayışı olmur.

Banner
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 519 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 519 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 519 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 519 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 519 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 519 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 519 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 519 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 519 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 519 baxış
Seçilmişlər
icon