Paşinyan sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır? | Paytaxt sakinləri danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatları və diplomatik addımları ilə sülh prosesinə meyilli görünsə də, praktiki nəticələr gecikdirilir.
Bir tərəfdən Nikol Paşinyan regionda uzunmüddətli sabitliyə nail olmaq üçün sülh sazişinin vacibliyini vurğulayır, digər tərəfdən isə Ermənistanın delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi kimi məsələlərdə qeyri-müəyyən mövqe sərgiləməsi vaxt uzatmaq cəhdi kimi görünür.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında “Nikol Paşinyan Azərbaycanla sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır?” sualı ilə sorğu keçirib.
Sakinlərin bəziləri Ermənistan Baş nazirinin sülhdə maraqlı olduğunu söyləsə də, çoxu ona inanmadığını deyib.
“Paşinyan nə vaxt sözünün üstündə durub ki?! Onun kimi adamdan hər şeyi gözləmək olar”, - deyə sakin bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
