Cəmiyyət
Pleyeri seçin:
28 May metrosunda nələr yaşandı? | Sərnişinlər qatardan düşürüldü
“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb:
“Stansiyada sərnişin sıxlığı səbəbi ilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var”.
Kopyalandı
Seçilmişlər