Pleyeri seçin:

“28 May” və “Nizami”də həyəcanlı anlar | FHN-in təşkil etdiyi təlimdən görüntülər

02 may 2025 390 baxış

Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "28 May" və "Nizami" stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə FHN-in "112" qaynar telefon xəttinə metronun "28 May" və "Nizami" stansiyaları arasında 2-ci yol mənzilində "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə" işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb", xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib".

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası və 63 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

İçərişəhərdə yeni muzeylər yaradılacaq

İçərişəhərdə yeni muzeylər yaradılacaq

Cəmiyyət
23 dekabr 2025 390 baxış
İçərişəhərdə “ağıllı şəhər” sistemi qurulacaq

İçərişəhərdə “ağıllı şəhər” sistemi qurulacaq

Cəmiyyət
23 dekabr 2025 390 baxış
"Birinci zərbədən 40 saniyə sonra..." | AZAL rəsmisi Aktaudakı faciəvi qəzadan danışdı - Baku TV

"Birinci zərbədən 40 saniyə sonra..." | AZAL rəsmisi Aktaudakı faciəvi qəzadan danışdı - Baku TV

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Babayan və Mnatsakanyan ittihamları inkar etdi

Babayan və Mnatsakanyan ittihamları inkar etdi

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Azərbaycanda sosial media tam nəzarətə götürülür, yeni qadağalar tətbiq olunur? - AKTUAL GÜNDƏM

Azərbaycanda sosial media tam nəzarətə götürülür, yeni qadağalar tətbiq olunur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Media savadlılığının perspektivləri müzakirə olunub - Baku TV

Media savadlılığının perspektivləri müzakirə olunub - Baku TV

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Xankəndidə terror törətməyə cəhd edən Avanesyan yenidən hakim qarşısında - Baku TV

Xankəndidə terror törətməyə cəhd edən Avanesyan yenidən hakim qarşısında - Baku TV

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Şabranda bu yol sürücülər üçün təhlükəli vəziyyət yaradır - Baku TV

Şabranda bu yol sürücülər üçün təhlükəli vəziyyət yaradır - Baku TV

Cəmiyyət
23 dekabr 2025 390 baxış
"Zəngəzur yallısı"nın təqdimat mərasimindən maraqlı görüntülər - Baku TV

"Zəngəzur yallısı"nın təqdimat mərasimindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
23 dekabr 2025 390 baxış
Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 390 baxış
Seçilmişlər
icon