Pleyeri seçin:
40-a yaxın bələdiyyə sədri məhkəməyə verilib
Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. V.Zahirov iclasda bəzi bələdiyyə sədrlərinin özbaşınalığından danışıb.
“Bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək verdiyimiz müəyyən təklifləri təmin etməyiblər.”, - deyə nazir müavini vurğulayıb.
Kopyalandı
#Bələdiyyə sədrləri teqi istifadə olunub
