Cəmiyyət
Pleyeri seçin:
7 kəndi birləşdirən yol çökdü
Son günlər cənub bölgəsində yağan güclü yağışlar Lənkəran rayonunda 7 kəndi birləşdirən 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda sürüşmələrə səbəb olub. Nəticədə asfalt örtüyü dağılıb, yolun bir hissəsi 40 sm çöküb.
Sakinlərin sözlərinə görə, aktiv sürüşmə nəticəsində yol bir neçə yerdə daralıb. Təhlükəli vəziyyət təcili tibbi yardım maşınlarının kəndə girməsini də çətinləşdirir.
Qeyd edək ki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Bu yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara verilib.
Kopyalandı
Seçilmişlər