Cəmiyyət
Pleyeri seçin:

9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür

09 noyabr 2023

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

Qeyd edək ki, dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və Azərbaycan bayrağını qaldırıb. Hazırda azad edilmiş bütün torpaqlarımızda şanlı, üçrəngli bayrağımız dalğalanır.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Cəmiyyət
22 noyabr 2024
Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Cəmiyyət
22 noyabr 2024
Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon