Cəmiyyət
Pleyeri seçin:
Ağadadaş Ağayevin məhkəməsində nələr baş verir? - Anbaan görüntülər
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib. Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib.
Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olunub.
Kopyalandı
Seçilmişlər