Ağır xəstəliklərə səbəb olan qidalar | Qırmızı ət və balıq isə…
Sağlam qidalanma üzrə rusiyalı mütəxəssis Aleksey Kabanov xərçəngə səbəb olan qidaların adını çəkib.
Onun sözlərinə görə, spirtli içkilərin həddindən artıq istehlakı ağız boşluğu, yemək borusu və qaraciyər xərçənginə gətirib çıxarır.
Mütəxəssis bildirib ki, ədviyyatlar ağızda və burunda şişkinliyə səbəb ola bilər, lakin normada olduqda zərərli deyil.
O qeyd edib ki, qeyri-sağlam qidalanma mədə-bağırsaq xərçənginin müxtəlif növlərinin, eləcə də süd vəzisi və prostat xərçənginin inkişafına zəmin yaradır. Həkim sağlamlığa ən çox zərərin spirt, ədviyyatlı yeməklər, duzlu balıq və qırmızı ət olduğunu vurğulayıb.
A.Kabanov həddindən artıq isti yemək və içkilərin orqanizim üçün fəsadlarından da söz açıb. Bundan əlavə, o, üzərində kif olan məhsulları yeməməyi tövsiyə edib. Çünki bu aflatoksinləri – qaraciyər xərçənginin inkişafına təkan verə bilən zərərli birləşmələri ehtiva edə bilər.