Pleyeri seçin:
Ağdərənin 4 kəndinə ilk köç baş tutub
Yanvarın 9-da Ağdərənin 4 kəndinə ilk köç olub.
Bu mərhələdə Aşağı Ortatağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülüb. Ailələrə evlərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara doğma yurdda firavan həyat arzulayıb.
Bildirilib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- "Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV
- Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV
- "Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV
- Özünəməxsus kulinariyası ilə seçilən Şuşa | “Bunu təqdim etməkdən qürur duyuruq” - Baku TV
- “Əsas xeyirli sular buradadır” | Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı - Baku TV
