Cəmiyyət
Pleyeri seçin:

Akademik Zərifə Əliyevanın doğum günüdür

28 aprel 2023

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyidir.

O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib.

Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Averbax adına mükafatına layiq görülüb. Z.Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. O, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.

Seçkilərdə ilk dəfə iştirak edənlərin nəzərinə | Prosesin ardıcıllığı

Seçkilərdə ilk dəfə iştirak edənlərin nəzərinə | Prosesin ardıcıllığı

Cəmiyyət
01 sentyabr 2024
Xocalı prospektində nəqliyyatın hərəkəti üçün bir zolaq ayrılıb

Xocalı prospektində nəqliyyatın hərəkəti üçün bir zolaq ayrılıb

Cəmiyyət
01 sentyabr 2024
Əncir ağacları ilə zəngin Tərtər rayonu | Borsunluda hər bağdan il ərzində...

Əncir ağacları ilə zəngin Tərtər rayonu | Borsunluda hər bağdan il ərzində...

Cəmiyyət
31 avqust 2024
Bu problem bu gün meydana çıxmayıb... | Kirayə evlərin bahalaşma səbəbi

Bu problem bu gün meydana çıxmayıb... | Kirayə evlərin bahalaşma səbəbi

Cəmiyyət
31 avqust 2024
Burada qışqırıram, sonra 2 nəfər tapıb… | ”Manatlıq taksi"lərin olmama səbəbi

Burada qışqırıram, sonra 2 nəfər tapıb… | ”Manatlıq taksi"lərin olmama səbəbi

Cəmiyyət
31 avqust 2024
Bu yolda həm sürücülər, həm də piyadalar təhlükə altındadır - NECƏ OLMALIDIR?

Bu yolda həm sürücülər, həm də piyadalar təhlükə altındadır - NECƏ OLMALIDIR?

Cəmiyyət
31 avqust 2024
Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yarandı | Yol bağlandı

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yarandı | Yol bağlandı

Cəmiyyət
31 avqust 2024
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA

Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA

Cəmiyyət
31 avqust 2024
Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Cəmiyyət
31 avqust 2024
Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Cəmiyyət
31 avqust 2024
Seçilmişlər
icon