Pleyeri seçin:

Anası azərbaycanlı olan Türkiyənin ikinci astronavtı bu tarixdə kosmosa uçacaq

07 iyun 2024 685 baxış

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Ataseverin kosmosa səfəri iyun ayında baş tutacaq. O, 1,5 saatlıq elmi missiya çərçivəsində 7 elmi təcrübə həyata keçirəcək.

Astronavt Tuva Cihangir Ataseverin suborbital uçuşu hava şəraiti uyğun olarsa, 8 iyun tarixində ABŞ-nin Nyu-Meksiko ştatındakı “Vircin Qalaktik” şirkətinə aid məkanda reallaşacaq.

Təxminən 1,5 saat davam etməsi planlaşdırılan uçuşda astronavtımızı daşıyacaq “VSS Unity” suborbital vasitəsi əvvəlcə daşıyıcı təyyarə ilə təxminən 14 kilometr yüksəkliyə çıxacaq. Daha sonra hibrid yanacaqla işləyən raket mühərrikini yandıracaq və 85 km-dən 90 km-ə qədər yüksəkliyə çatacaq.

Təxminən 3 dəqiqə davam edəcək sərbəst düşmədə bioloji molekullar, gen analizi, insulin qələm testi, radiasiya analizi kimi təcrübələr aparılacaq. T.C.Ataseverin həyata keçirəcəyi təcrübələrin alimlərin tədqiqatlarına mühüm töhfə verəcəyi gözlənilir.

T.C.Atasever “Anadolu” agentliyinə müsahibəsində deyib ki, uçuş zamanı Türkiyə və Azərbaycan bayraqlarını özü ilə götürəcək:

“2023-cü ilin aprelində TEKNOFEST-dəki təqdimatımızda möhtərəm Prezidentimizin verdiyi bayraq mənimlə olacaq. Anamın vətəni olan Azərbaycanın bayrağı sinəmdə, Türkiyə bayrağının düz yanında olacaq. Bu iki bayraq burada yan-yana, iki xalq çiyin-çiyinə olduğu kimi kosmos səyahətim boyu da yan-yana olacaq. Bundan əlavə, ailəmin və yaxın həmkarlarımın kosmosa aparmaq üçün mənə təhvil verdiyi bəzi kiçik əşyalar da yanımda olacaq”.

Banner
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 685 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 685 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 685 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 685 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 685 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 685 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 685 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 685 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 685 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 685 baxış
Seçilmişlər
icon