Artilleriya bölmələri təlimə cəlb olundu
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin tədris hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda birləşmə və hissələrlə növbəti komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlim birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılmaqla başlanılıb. Cəmləşmə rayonlarında düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə, maskalanma, müdafiə və mühafizə tədbirlərinin yerinə yetirilməsi sualları məşq etdirilib.
Təlimdə qarşıya qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, əməliyyatların gedişində komandirlər tərəfindən mürəkkəb şəraitdə qərarların qəbuledilməsi, tabelikdəki bölmələrin idarə olunması və motoatıcı bölmələrlə digər qoşun növü bölmələri arasında qarşılıqlı əlaqənin saxlanılması üçün zabit bacarıqlarının təkmilləşdirilməsi və praktiki vərdişlərinin artırılması kimi məqsədlər qoyulub.
Növbəti mərhələdə taktiki şəraitə uyğun olaraq vəziyyət qiymətləndirilməsi aparılıb, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib. Planlaşdırmanın gedişində qərargahlar tərəfindən taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Müxtəlif rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə etməklə hissə və bölmələrin idarə olunması üzrə sərəncamların və qrafiki sənədlərin göndərilməsi praktiki olaraq həyata keçirilib.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- “Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
- Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
