Artilleriya bölmələrimiz taktiki-xüsusi təlimdə
Yeniliklərdən dərhal xəbərdar olun
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib.
Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- “Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
- Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
