Pleyeri seçin:

Aygün Kazımovanın duet yoldaşı Snoop Doggdan Azərbaycana hörmətsizlik

05 sentyabr 2023 135 baxış

Amerikalı reper Snop Doq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

23 sentyabrda Ermənistanın paytaxtı İrəvanda konsert verməyə hazırlaşan reper “Instagram” səhifəsində bu sözləri yazıb: “Mənim sevimli erməni xalqım. Mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı və dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm və hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm”.

O, qondarma respublikada “check in” edib və “Artsax”ı ayrı bir respublika kimi qeyd edib.

Tanınmış texnobloger Fərid Pərdəşünas hesab edir ki, onun bu hərəkəti təşkilatçıların işidir: “Elton Con, Kardi B də belə addımlar atıb, sonradan xəbər tutanda üzr istəmişdilər. Ümumiyyətlə, qarşı tərəf bu düşmənçiliyi idmana, incəsənətə, hər yerə qatdı. Sonra deyirlər ki, bizim humanitar yükdə niyə 44 rəqəmi vardı? Qarşı tərəf belə şeylər edəndə daha betəri də olmalıdır. Təsəvvür edin, “Imagine Dragons” çıxır deyir ki, “Qarabağ Azərbaycandır!” Bizim təşkilatçılar belə şey etməz. Biz özümüzə hörmət edirik. Ümumiyyətlə, sənətçilər dillərini dinməz yerlərində qoyub, oxumalıdırlar. Çünki hər iki ölkədən onları sevənlər var. Düşünürəm ki, Snopun duet ortağı Aygün Kazımova zəng edib ona məsələni izah edər”.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova 2013-cü ildə Snop Doqla “Coffee from Colombia” adlı sinql çıxarıb.

“Tütün məhsullarının məhdudlaşdırılması haqqında qanuna dəyişikliklər nəzərdə tutulub” | Şahin İsmayılov

“Tütün məhsullarının məhdudlaşdırılması haqqında qanuna dəyişikliklər nəzərdə tutulub” | Şahin İsmayılov

Cəmiyyət
16 dekabr 2025 135 baxış
“Bu, gələcəyimizin sağlamlığına yönəlmiş bir addımdır” | Soltan Məmmədov

“Bu, gələcəyimizin sağlamlığına yönəlmiş bir addımdır” | Soltan Məmmədov

Cəmiyyət
16 dekabr 2025 135 baxış
“12-15 yaşlı uşaqların istifadəsi ciddi sağlamlıq təhdidləri yaradır” | Rəşad Mahmudov

“12-15 yaşlı uşaqların istifadəsi ciddi sağlamlıq təhdidləri yaradır” | Rəşad Mahmudov

Cəmiyyət
16 dekabr 2025 135 baxış
“Qəzalarda 80 faiz günahkar sürücülərdir” | Sarı torlar tıxacı azaldır, yoxsa cərimələmək üçündür?

“Qəzalarda 80 faiz günahkar sürücülərdir” | Sarı torlar tıxacı azaldır, yoxsa cərimələmək üçündür?

Cəmiyyət
16 dekabr 2025 135 baxış
“Mənə evlilik təklifi etmədi” | Fenomenə çevrilən Eybətovlar ailəsindən səmimi etiraflar

“Mənə evlilik təklifi etmədi” | Fenomenə çevrilən Eybətovlar ailəsindən səmimi etiraflar

Cəmiyyət
16 dekabr 2025 135 baxış
Yasamalda 15 mərtəbəli binalara daha bir mərtəbə əlavə etdilər - Baku TV

Yasamalda 15 mərtəbəli binalara daha bir mərtəbə əlavə etdilər - Baku TV

Cəmiyyət
16 dekabr 2025 135 baxış
"Hatemoglu Group" şirkətinin yaranmasından 10 il ötür - Baku TV

"Hatemoglu Group" şirkətinin yaranmasından 10 il ötür - Baku TV

Cəmiyyət
16 dekabr 2025 135 baxış
Sürücüləri təhlükəyə salan çuxurlar | Problem nə vaxt həllini tapacaq? - Baku TV

Sürücüləri təhlükəyə salan çuxurlar | Problem nə vaxt həllini tapacaq? - Baku TV

Cəmiyyət
16 dekabr 2025 135 baxış
"Rəqsanə kitab oxumağı mahnı oxumaqla səhv salıb" | Sərxan Rüstəmov

"Rəqsanə kitab oxumağı mahnı oxumaqla səhv salıb" | Sərxan Rüstəmov

Cəmiyyət
16 dekabr 2025 135 baxış
"Sevincimi paylaşa da bilmirəm" | Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç - Baku TV

"Sevincimi paylaşa da bilmirəm" | Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç - Baku TV

Cəmiyyət
16 dekabr 2025 135 baxış
Seçilmişlər
icon