Pleyeri seçin:

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

30 aprel 2026 467 baxış

30 aprel Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının növbəti ildönümüdür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü də vurub.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində Fərda Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.

Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 467 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 467 baxış
Seçilmişlər
icon