Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimin təntənəli açılış mərasimi keçirildi
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırıldıqdan sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçularının təntənəli keçidi olub.
Çıxış edənlər bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, “Birləşdik – 2024” beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.