Cəmiyyət
Pleyeri seçin:
Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhərinin azad olunmasından 4 il keçir
Bu gün Cəbrayıl Şəhəri Günüdür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Belə ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Kopyalandı
Seçilmişlər