Cəmiyyət
Pleyeri seçin:
Azərbaycanda partlayış törətməyə çalışan şəxslə bağlı məhkəmə qərarı
Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Favzan Musa Xan 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Kopyalandı
Seçilmişlər