Azərbaycanda problemli kreditlərin məbləği artıb | Bank sektoru üçün risklər var? - Baku TV
Azərbaycanda problemli kreditlərin məbləği artıb.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci il noyabrın sonuna gecikmiş kreditlərin məbləği 557 milyon 600 min manat təşkil edib. Bu göstərici noyabrın 1-i ilə müqayisədə 2,35 faiz, ilin əvvəlinə nisbətən 24,2 faiz, son 1 ildə isə 12,3 faiz çoxdur. Ümumilikdə noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Bu göstərici oktyabrın sonuna və 2024-cü ilin noyabr ayının sonuna 1,7 faiz olub.
Maraqlıdır, vaxtı keçmiş kreditlərin bu səviyyədə artması bank sektoru üçün risk yarada bilər?
Ekspertlərin sözlərinə görə, hazırda ölkəmizdə problemli kreditlərin ümumi kreditlərdə payı bu göstəricidən xeyli aşağıdır.
İqtisadçı Xalid Kərimli isə deyir ki, vaxtı keçmiş kreditlərin həcmi təhlükəli həddə olmasa da, sözügedən göstərici artmaqdadır:
“Mərkəzi Bank kredit sferasında kifayət qədər ehtiyatlı siyasət həyata keçirir. İstehlakçıların ödədiyi borc məbləği aylıq gəlirlərinin 45 faizini keçə bilməz. Bu da qonşu dövlətlərlə müqayisədə ən sərt göstəricilərdən biridir”.
İqtisadçının fikrincə, həyata keçirilən tənzimləyici tədbirlər onu deməyə imkan verir ki, maliyyə-kredit sferasında ciddi risklər gözlənilmir. Banklar bu sahədə kifayət qədər ehtiyatlı siyasət həyata keçirir.
#Problemli kreditlər teqi istifadə olunub
- Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?
- Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV
- Problemli kreditlərin artması nə ilə bağlıdır? | Ekspertlərdən açıqlama - Baku TV
- Vaxtı keçmiş kreditlərin məbləği nə qədər olub? - Mərkəzi Bankdan məlumat
- Vüqar Bayramovdan problemli kreditlərlə bağlı yeni təklif | Banka borcu olanların diqqətinə!
