Azərbaycandan Ermənistana "O olmasın, bu olsun" filmi ilə bağlı tələb
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, musiqili komediyanın bir hissəsi ermənilər tərəfindən “Vaqarşabat rəqsi” adı altında “YouTube” platformasında yerləşdirilib və müəllifi kimi Arno Babacanyanın adı göstərilib.
Bəyanatda həmçinin qeyd edilib ki, BMT-nin üzvü olan Ermənistan beynəlxalq müqavilələr vasitəsilə üzərinə götürdüyü çoxsaylı öhdəlikləri yerinə yetirmir.
“Ermənistanın müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilməsi hallarının aradan qaldırılmasını, dahi bəstəkarın müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan ərazisində Azərbaycan mədəni irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarının aradan qaldırılmasını, aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsini, görülmüş tədbirlər barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məlumat verilməsini tələb edirik”, – deyə bəyanatda vurğulanıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
