Pleyeri seçin:

Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində

31 may 2023 63 baxış

Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və İsrailin birinci xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.

Ziyarət zamanı kompleks və Qala kəndinin qədim tarixi barədə məlumat verilib. Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə də Qala kəndinə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub.

Muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilkin görkəmində olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox diqqət çəkir.

Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala kəndində bir sıra sənət sahələri inkişaf edib. Bu ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.

Kompleksdəki toy evi diqqəti xüsusilə cəlb edib. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki tərəfində qapının olması evin havasının təmizliyinə və sərinliyinə imkan yaradır.

Muzey kompleksindəki tacir evi haqqında məlumat verilərkən bildirilib ki, bu ev kəndin ilk ikimərtəbəli evlərindən biridir. Burada çörəkçilik adət-ənənəsi ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, Qala kəndinin sakinləri qədim zamanlardan heyvandarlıqla da məşğul olublar. Qala kəndində taxılçılığın çox geniş inkişaf etdiyi barədə məlumat verilib, əl dəyirmanı vasitəsilə unun hazırlanması prosesi nümayiş olunub.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 63 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 63 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 63 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 63 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 63 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 63 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 63 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 63 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 63 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 63 baxış
Seçilmişlər
icon