Pleyeri seçin:

Bakıdakı bu klinikanın rəhbərliyinə xəbərdarlıq edildi | Detallar ortaya çıxdı

28 yanvar 2025 287 baxış

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı canlı yayım açması ilə bağlı yoxlama aparıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən daxil olan məlumatda qeyd olunur ki, “ATM XƏTAİ” MMC-yə məxsus “Azər-Türk Med” klinikasında baş verən faktla əlaqədar plandankənar yoxlama keçirilib.

Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub.

Həmçinin AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” 137 nömrəli əmr barədə məlumatlandırılıb. Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir.

Əmrdə həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir.

Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb. 

Propolis piylənmənin təsirlərini yüngülləşdirir

Propolis piylənmənin təsirlərini yüngülləşdirir

Cəmiyyət
11 mart 2026 287 baxış
Boşanma ehtimalı yüksək olan dövrlər hansılardır?

Boşanma ehtimalı yüksək olan dövrlər hansılardır?

Cəmiyyət
11 mart 2026 287 baxış
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salındı - Baku TV

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
11 mart 2026 287 baxış
Sığınacaq sakinlərinin bayram sevinci - Baku TV

Sığınacaq sakinlərinin bayram sevinci - Baku TV

Cəmiyyət
11 mart 2026 287 baxış
Kanalizasiya kollektorunun üzərində tikilən evlər | Əhmədli sakinlərinin problemi - Baku TV

Kanalizasiya kollektorunun üzərində tikilən evlər | Əhmədli sakinlərinin problemi - Baku TV

Cəmiyyət
11 mart 2026 287 baxış
Tələbatlarını ödəmək üçün gəlirlər | Tanımadığımız adama niyə dərdimizi danışırıq? - Baku TV

Tələbatlarını ödəmək üçün gəlirlər | Tanımadığımız adama niyə dərdimizi danışırıq? - Baku TV

Cəmiyyət
10 mart 2026 287 baxış
İsraildə həlak olan azərbaycanlının valideynləri "Baku TV"yə danışdılar - Baku TV

İsraildə həlak olan azərbaycanlının valideynləri "Baku TV"yə danışdılar - Baku TV

Cəmiyyət
10 mart 2026 287 baxış
Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olundu

Cəmiyyət
10 mart 2026 287 baxış
Mopedlərdən özümüzü necə qoruyaq? | Kasko sığortası ilə bağlı çoxlarının bilmədiyi nüanslar

Mopedlərdən özümüzü necə qoruyaq? | Kasko sığortası ilə bağlı çoxlarının bilmədiyi nüanslar

Cəmiyyət
10 mart 2026 287 baxış
Ramazan ayının 21-ci gününün duası - Baku TV

Ramazan ayının 21-ci gününün duası - Baku TV

Cəmiyyət
10 mart 2026 287 baxış
Seçilmişlər
icon