Baku TV işıqlandırdı | Binadakı qəzalı vəziyyət aradan qaldırıldı
Nəsimi rayonu, Moskva prospektində yerləşən yaşayış binalarından birinin zirzəmisinə kanalizasiya suları dolub.
Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür zirzəmidə toplanan su nəinki binanın konstruksiyasına ziyan vurur, həm də ərazidə sanitar-epidemioloji vəziyyəti təhlükə altına alır.
Zirzəmidən yayılan üfunət qoxusu ətrafı bürüyüb. Bundan əlavə, yığılan kanalizasiya suları nəticəsində ağcaqanad sürüləri əmələ gəlib.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin aradan qaldırılması istiqamətində hər hansı bir addım atılmayıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, sözügedən ünvanda rayon sukanal idarəsinin qəza briqadası işlərə başlayıb. Qeyd edilib ki, görülən işlər nəticəsində həmin ərazidə qəza artıq aradan qaldırılıb.
#Nəsimi rayonu teqi istifadə olunub
- Yaşayış binasındakı partlayışa nə səbəb olub? | FHN partlayış baş verən ərazidə
- Yaşayış binasındakı partlayışa nə səbəb olub? | FHN partlayış baş verən ərazidə - CANLI
- “Bu rahatlığı haradan tapırsınız?!” | Şəhərin mərkəzində qanunsuz parklanma təşkilinin ifşası
- Nəsimidə sakinləri təngə gətirən yol problemi | Qurumlar nə deyir?
- Bakıda oğurluq anı kameralara belə düşdü | Velosipedi elə götürdü ki...
