Pleyeri seçin:

“Birinin burnu sınır, birinin başı...” | Corat sakinlərini boğaza yığan problemlər

30 may 2025 837 baxış

Sumqayıt şəhərinin Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nasazlıqlar, yararsız yollar və su təchizatındakı problemlər sakinlərin gündəlik həyatını dözülməz edib.

Ərazidəki kanalizasiya xətlərində yaranmış nasazlıq nəticəsində çirkab sular küçəyə axır, bu səbəbdən ətrafa üfunət qoxusu yayılır.

Sakinlər bildirirlər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem yalnız müvəqqəti olaraq aradan qaldırılır, lakin qısa müddət sonra vəziyyət əvvəlki halına qayıdır.

“Heç kim həyətində oturub çörək yeyə bilmir. Bura qonaq da gəlmir, deyirlər, biz bura necə gələk, siz nə haldasınız?!”, – sakinlərdən biri söyləyib.

Həmçinin sakinlərin sözlərinə görə, axşam saat 21:00-dan sonra əraziyə marşrut avtobusları daxil olmur.

Ərazidəki problemlərlə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, hazırda ərazidə asfaltlama işləri aparılmasa da, gələcək sosial planlamaya uyğun olaraq bu məsələ diqqətdə saxlanılır.

AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edilib ki, Corat bağlarını 76-cı məhəllə ilə birləşdirən 33 nömrəli marşrut xətti üzrə 10 avtobus 8 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrutun pasportuna əsasən, avtobus saat 06:00-dan saat 22:00-dək fəaliyyət göstərir. Belə ki, sonuncu avtobus “Corat Bağları” dayanacağından saat 21:20-də yola düşür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək şəbəkənin fəaliyyəti bərpa edilib. Amma şikayətçilər problemin hələ də qaldığını, çirkab sularının ətrafa yayılmağa davam etdiyini deyirlər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 837 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 837 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 837 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 837 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 837 baxış
Seçilmişlər
icon