Cəmiyyət
Pleyeri seçin:

Böyük Qayıdış üçün görülən işlər yekunlaşmaq üzrədir

13 iyul 2023

“Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir”.

Bu barədə Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb:

“Uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Füzuli şəhərində 8 ay kimi qısa müddətdə minalar ilə hədsiz çirklənmiş ərazidə beynəlxalq hava limanı inşa olunub”.

“Elektrik təchizatına gəldikdə isə bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunub. Əlavə olaraq 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılmışdır ki, bunlardan da artıq 5-i tamamlanıb. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 mln m3 olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, – deyə E.Hüseynov əlavə edib.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

"Ukrayna dairəsi" ilə bağlı rəsmi açıqlama | Hansı dəyişikliklər olacaq?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yaradılan strukturlardan danışdı

Cəmiyyət
22 noyabr 2024
Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Orqanlarını satmaq istəyənlər bunları bilsin | Sosial şəbəkədə orqan bazarı

Cəmiyyət
22 noyabr 2024
Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Tonlarla narkotik dövriyyədən çıxarıldı | Araz Məmmədov detalları açıqladı

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon