Pleyeri seçin:

Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

10 avqust 2026 2 baxış

Azərbaycanda avtomobil sənayesində yeni bir layihəyə start verilib.

“Limitless Drive” layihəsi çərçivəsində seçilmiş “JAECOO J8” modeli 30 gün ərzində, 7/24 rejimində, ümumilikdə 30 000 kilometr məsafə qət edərək davamlı sürüş testindən keçiriləcək.

“Limitless Drive” layihəsinin əsas məqsədi avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində imkanlarını real formada nümayiş etdirmək, eyni zamanda izləyicilərə avtomobilin performansını prosesin bütün mərhələlərində müşahidə etmək imkanı yaratmaqdır. Layihə yalnız avtomobil testindən ibarət olmayacaq. İzləyicilər layihənin gedişatını sosial media platformaları üzərindən 7/24 izləyə, avtomobilin keçdiyi marşrutu, gündəlik nəticələri və test prosesini real vaxt rejiminə yaxın şəkildə müşahidə edə biləcəklər.

Layihənin bir hissəsi olmaq üçün izləyicilər “Limitless Drive” layihəsinin sosial media hesablarını aktiv şəkildə izləyə bilərlər. Layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklər təşkil olunacaq, qaliblərə isə layihənin sponsorları tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.

“Limitless Drive” layihəsinin rəsmi təqdimatı ilə mətbuat konfransı keçirilib. Konfrans zamanı layihənin məqsədləri, formatı, 30 günlük davamlı sürüş testinin əsas mərhələləri və izləyicilərin layihəyə cəlb olunması imkanları media nümayəndələrinə təqdim edilib. Mətbuat konfransında “iMotors” şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Elgün Xıdırov iştirak ediblər.

Tədbir zamanı layihənin texniki və təşkilati detalları ilə bağlı məlumat verilib, həmçinin “Limitless Drive” çərçivəsində həyata keçiriləcək 30 günlük, 30 000 kilometrlik 7/24 sürüş testinin gedişatı barədə media nümayəndələri məlumatlandırılıb.

Kopyalandı
Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Cəmiyyət
10 avqust 2026 2 baxış
“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmir | Aidiyyəti qurum niyə tədbir görmür? - Baku TV

Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmir | Aidiyyəti qurum niyə tədbir görmür? - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
6 kəndi birləşdirən alternativ yol sürücülərin işini daha da çətinləşdirdi - Baku TV

6 kəndi birləşdirən alternativ yol sürücülərin işini daha da çətinləşdirdi - Baku TV

Cəmiyyət
10 avqust 2026 2 baxış
Seçilmişlər
icon