Pleyeri seçin:

“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

10 avqust 2026 250 baxış

Sabunçu rayonunun Pirşağı qəsəbəsində, sakinlərin “Dəmir yolu” küçəsi kimi tanıdığı ərazidə bir sıra problemlər yaşanır.

Sakinlərin sözlərinə görə, küçədə asfalt örtüyü yoxdur. Bu isə xüsusilə hərəkət imkanları məhdud sakinlərin gündəlik həyatını çətinləşdirir.

“Qonşunun 18 yaşlı qızı var. Anası onu qucağına alıb dəmir yolunun kənarı ilə aparmağa məcbur olur”, – deyə sakinlərdən biri bildirib.

Sakinlər həmçinin işıqlandırma və su təchizatı ilə bağlı da çətinlik çəkdiklərini deyirlər: “Yayın günündə qonşuların həyəti su ilə dolur. Su idarəsinə zəng edirik, gəlib müvəqqəti düzəldirlər. Onlar gedən kimi yenə eyni vəziyyət yaranır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Pirşağıda da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, Pirşağı qəsəbəsinin “Dəmir yolu” küçəsində yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.

Qurumdan həmçinin bildirilib ki, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, küçənin işıqlandırılması ilə bağlı “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu Təmir-Bərpa Sahəsinə, su xəttində yaranan problemlə əlaqədar isə Sabunçu Rayon Sukanal İdarəsinə məlumat verilib.

Banner
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 250 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 250 baxış
İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 250 baxış
Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
“Bəzilərində o dərəcədə tərləmə olur ki...” | Qolaltı botoks xərçəng yaradır? - Baku TV

“Bəzilərində o dərəcədə tərləmə olur ki...” | Qolaltı botoks xərçəng yaradır? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV

Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 250 baxış
Seçilmişlər
icon