Cəmiyyət
Pleyeri seçin:
Bu gün 11-ci sinif şagirdlərinin buraxılış imtahanı keçirilir
Bu gün – martın 3-ü 52 mindən çox 11-ci sinif şagirdi buraxılış imtahanı verir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan saat 11:00-da başlayıb.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılış rejimi əməkdaşı, 222 bina nümayəndəsi cəlb edilib.
Respublikanın 30 şəhər və rayonunda təşkil edilən bugünkü imtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edir.
Kopyalandı
Seçilmişlər