Cəmiyyət
Pleyeri seçin:
Bu gün DİM 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirəcək
Martın 17-də 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan Bakıda və rayonlarda ümumi, yəni 9 illik orta təhsil səviyyəsi üzrə baş tutacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Kopyalandı
Seçilmişlər