Bu gün Zəngilanın azad edilməsindən 5 il ötür
Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasından 5 il ötür.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır ‒ bir neçə ərazimiz işğaldan azad edilir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün "X" səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı ardıcıl paylaşımlar edərək 4 rayonun kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunun müjdəsini bir daha xalqla bölüşür.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə bitən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Təbii ki, Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizin silinməz salnamələrindəndir. Rayonun işğaldan azad olunması həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
#Zəngilan şəhəri günü teqi istifadə olunub
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım etdi
- Zəngilanda yenidənqurma işləri sürətlə davam edir | Qarabağda özəl gün
- Prezident Zəngilan Şəhəri Günü ilə bağlı paylaşım edib
- Zəngilan şəhərinin işğaldan azad olunmasından 4 il ötür
- “Zəngilan bizimdir”: 3 ildir ki, qovuşduğumuz doğma şəhər
