Bu qaydalara əməl edin | FHN-dən əhaliyə təcili müraciət
Bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən istifadə faktlarına rast gəlinir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edib və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, eləcə də çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırıb.
#Fövqəladə Hallar Nazirliyi teqi istifadə olunub
- Yasamalda 15 mərtəbəli binalara daha bir mərtəbə əlavə etdilər - Baku TV
- İtkin düşmüş balıqçıların axtarışlarına helikopter cəlb olundu - Baku TV
- Astarada itkin düşən balıqçıların axtarışı davam edir
- Astarada dəhşətli hadisə | FHN itkin düşən iki balıqçının axtarışında - Baku TV
- Xəzərdə itkin düşən balıqçılar barədə ürəkdağlayan xəbər
