Pleyeri seçin:

Bu xəstəlikdən əziyyət çəkən ailədə... | Ekspertlər vacib araşdırmanın nəticəsini açıqladı

26 yanvar 2025 381 baxış

İtaliyanın şimalında bir ailədə aparılan araşdırmalar nəticəsində Alzheimer xəstəliyinə səbəb ola biləcək nadir bir genetik mutasiya aşkarlanıb.

Tədqiqatçılar ailənin bəzi üzvlərində xəstəliyin inkişaf etdiyini müşahidə ediblər və bunun genetik səbəblərlə əlaqəli olduğunu bildiriblər.

Alzheimerdən əziyyət çəkən ailədəki 15 nəfərdən altısında bu xəstəlik müşahidə edilib. Genetik testlər nəticəsində bu şəxslərdə GRIN2C adlı bir gendə nadir mutasiya müəyyənləşib. Bu gen öyrənmə və yaddaş proseslərində rol oynayan zülalın formalaşmasını kodlayır. Maraq doğuran məqam budur ki, ailənin sağlam qalan doqquz üzvündə bu mutasiyaya rast gəlinməyib.

London Kral Kollecinin Psixi Sağlamlıq Neyrobiologiyası professoru Peter Giese bu mutasiyanın potensial genetik sübut olduğunu vurğulayıb:

“Bu, çox güclü genetik dəlildir, çünki yalnız bir ailədə təsbit edilib”.

Qeyd edək ki, bu xəstəlik beyin hüceyrələrinin tədricən ölümü nəticəsində yaddaş, düşüncə və davranış problemlərinə səbəb olur və zamanla daha da pisləşir.

Tədqiqatçılar hesab edirlər ki, xəstəliyin yaranmasında genetik faktorlarla yanaşı, həyat tərzi və ətraf mühitin də rolu var. Digər genetik mutasiyalar xəstəliyin inkişaf riskini artırsa da, birbaşa səbəb kimi çıxış etmirlər. GRIN2C mutasiyasının isə xəstəliyin əsas elementlərindən biri ola biləcəyi düşünülür.

İtalyan alimlərin apardığı tədqiqat zamanı neyrodegenerativ xəstəliklərlə əlaqəli digər 77 gen mutasiyası nəzərdən keçirilib və onların GRIN2C ilə əlaqəsi olmadığı müəyyənləşib.

Professor Peter Giese bildirib ki, Alzheimer xəstəliyi ümumilikdə çox məhdud şəkildə başa düşülür, bu cür genetik hallar nəyin səhv getdiyini daha dəqiq anlamağa kömək edir.

Tədqiqatçılar bildirirlər ki, növbəti addım GRIN2C mutasiyasının beyinə təsir mexanizmini araşdırmaq və mövcud dərmanların bu təsiri azaldıb-azaltmadığını müəyyən etməyə imkan verəcək. Bu məqsədlə heyvan modellərində və laboratoriya tədqiqatlarında daha ətraflı sınaqların aparılması planlaşdırılır. Bu tədqiqat Alzheimer xəstəliyinin genetik mexanizmlərini daha dərindən anlamaq üçün mühüm addımlardan biri kimi qiymətləndirilir.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 381 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 381 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 381 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 381 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 381 baxış
Seçilmişlər
icon