Pleyeri seçin:
Bulvar idarəsi gəmi səyahətinin olmamasının səbəbini açıqladı
Əvvəllər gözəlliyi ilə göz oxşayan Dənizkənarı Bulvar ərazisində gəmi ilə səyahətlər təşkil olunurdu. İndi isə bu xidmətdən yararlanmaq istəyənlərin arzusu, necə deyərlər, ürəklərində qalır. Mövsümün başlamasına baxmayaraq, həmin gəmilər sükuta qərq olub.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin sözçüsü Əfsanə Mehdiyeva bildirib ki, səyahət üçün nəzərdə tutulan gəmilər saz vəziyyətdədir:
“Gəmilərin fəaliyyətinin dayandırılması dənizdə suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır. Bu səbəbdən oktyabr ayından etibarən gəmilərin fəaliyyəti müvəqqəti dayandırılıb”.
Gəmilərin nə vaxtsa fəaliyyətinin bərpa olunacağına gəlincə, Əfsanə Mehdiyeva bildirib ki, əgər dənizin səviyyəsi artarsa, xidmət aktivləşəcək. Əks halda bu, mümkün deyil.
Kopyalandı
#Dənizkənarı Milli Park teqi istifadə olunub
- Dənizkənarı Milli Parkda retro üslublu elektrik faytonları istifadəyə verilib - Baku TV
- Bulvarda yeni xidmət | Müasir üslubda “keçmişə səyahət” etmək istəyirsinizsə... - Baku TV
- Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV
- Paytaxtda klassik və sürət avtomobillərinin festivalı keçirilib - Baku TV
- “O manyak tapıldı” | Bulvarda qadına qarşı qeyri-etik əməl törədən şəxs nələr danışdı? - Baku TV
