Pleyeri seçin:

Bunu izləyən daha övladını döyməyəcək | "Vurmasan, ya narkoman olacaq, ya da..." - Baku TV

23 aprel 2026 566 baxış

Uşaqlara qarşı fiziki zorakılıq tətbiq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə “tərbiyə” üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən, 200 manat cərimə olunacaqlar.

Bəs qəbul edilən bu qərar uşaqları zorakılıqdan qorumağa kifayət edəcəkmi? Yoxsa problemin kökü daha dərindir? Ümumiyyətlə, qərar nə dərəcədə effektiv olacaq?

Psixoloq Ofeliya Əliyeva bildirir ki, fiziki cəzanın təsiri hər bir uşaq üçün fərdidir. Onun sözlərinə görə, bəzi uşaqlar qorxu səbəbindən mənfi davranışlarını dayandırsalar da, bəziləri üçün bu, əks-reaksiya verə bilər:

“Elə uşaq var ki, cəza gördükcə daha çox diqqət çəkməyə çalışır. O, yanlış hərəkət edəndə valideyn diqqətinin onun üzərində toplandığını görür və bu davranışı daha da artırır. Hətta məktəbdə müəllimləri qəsdən əsəbiləşdirməyə meyilli olur. Əgər, sadəcə, cərimə tətbiq olunarsa və köklü yanaşma olmasa, bu, nəticə verməyəcək”.

Hüquqşünas Mircavid Miriyev isə qeyd edir ki, əməl o zaman inzibati xəta kimi qiymətləndirilir ki, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə səbəb olmasın:

“Əgər valideynin məqsədi uşağı tərbiyə etmək çərçivəsini aşarsa və aşkar zorakılıq halları qeydə alınarsa, xüsusilə də uşağın sağlamlığına yüngül, az-ağır və ya ağır zərər vurulması faktı aşkarlanarsa, həmin şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 566 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 566 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 566 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 566 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 566 baxış
Seçilmişlər
icon