Pleyeri seçin:

Car kəndində körpü qəzalı vəziyyətə düşdü | Əməkdaşımız hadisə yerində - Baku TV

24 iyul 2026 384 baxış

Zaqatalanın Car kəndində Bəkməz çayı üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, iyulun 7-8-də rayona yağan güclü leysan və yaranan sel körpünün bir hissəsini tamamilə dağıdıb.

Car kəndini Axaxdərə və Taxtalar kəndləri ilə birləşdirən körpüdə hərəkət məhdudlaşdırılıb. Beton plitələrin çökməsi səbəbindən həm piyadaların, həm də nəqliyyat vasitələrinin keçidi təhlükəli hesab olunur.

Sakinlərin gediş-gəlişi üçün çayın içərisindən müvəqqəti yol salınıb. Lakin çaya yenidən sel gələcəyi halda həmin yolun da bağlanacağı və kəndlərlə əlaqənin tamamilə kəsiləcəyi bildirilir.

Məlumata görə, körpünün qarşı tərəfində yerləşən kəndlərdə 600-ə yaxın fərdi yaşayış evi, ümumilikdə isə 3 mindən çox sakin var. Körpüdəki mövcud vəziyyət ərazidən keçən insanlar və mal-qara üçün də ciddi təhlükə yaradır.

Sakinlər bildirirlər ki, körpü əvvəllər də qəzalı vəziyyətə düşüb və burada təmir işləri aparılıb. Onların iddiasına görə, təmirin keyfiyyətsiz görülməsi körpünün yenidən dağılmasına səbəb olub.

Kənd sakinləri körpünün qısa müddətdə əsaslı şəkildə bərpa edilməsini və təhlükəsiz gediş-gəlişin təmin olunmasını istəyirlər.

Kopyalandı
Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 384 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 384 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 384 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 384 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 384 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 384 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 384 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 384 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 384 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 384 baxış
Seçilmişlər
icon