Pleyeri seçin:

Cəmiyyətdə sensasiya yaradan hadisə | "Sevgi evi"nin rəhbəri yenidən iş başında - Baku TV

26 avqust 2026 22 baxış

2022-ci ildə “Sevgi evi” qadın və uşaq sığınacağında azyaşlıların işgəncəyə məruz qalması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurmuşdu.

Sığınacağın rəhbəri Könül Qasımova Cinayət Məcəlləsinin 133-cü – əzab vermə maddəsi ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə K.Qasımovaya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Daha sonra himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, qanunvericiliyə uyğun şəkildə cəzanın icrası uşağı 14 yaşına çatanadək təxirə salınmışdı. Lakin sonradan onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bəs bir vaxtlar uşaqlara işgəncə verməkdə təqsirləndirilən şəxs yenidən uşaq sığınacağının idarəçiliyinə necə qayıda bilər?

Mövzu ilə əlaqədar keçirilən sorğu zamanı paytaxt sakinləri bildiriblər ki, həmin şəxsin yenidən uşaqlara və digər həssas qruplara xidmət göstərən müəssisədə fəaliyyət göstərməsi düzgün deyil.

Qanunvericiliyə əsasən, dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri müvafiq əsasnamə əsasında fəaliyyət göstərir və onların fəaliyyətinə Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarət edilir. Özəl sığınacaqlar isə əsasən qeyri-hökumət təşkilatlarının nəzdində fəaliyyət göstərir və müvafiq akkreditasiyadan keçməlidir.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, məhkəmə tərəfindən şəxsin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi ayrıca cəza kimi təyin edilməyibsə, əvvəlki məhkumluq avtomatik olaraq onun müəyyən fəaliyyətlə məşğul olmasına maneə yaratmaya bilər.

Bununla belə, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəliliyi və şəxsin xüsusiyyətləri nəzərə alınaraq belə hüququn məhdudlaşdırılması mümkündür.

Kopyalandı
Azərbaycana idxal olunan bir sıra yağlarda nələr aşkarlandı? - Baku TV CANLI

Azərbaycana idxal olunan bir sıra yağlarda nələr aşkarlandı? - Baku TV CANLI

Cəmiyyət
26 avqust 2026 22 baxış
“Qızıl Palıd Budağı” mükafatı uğrunda mübarizə

“Qızıl Palıd Budağı” mükafatı uğrunda mübarizə

Cəmiyyət
26 avqust 2026 22 baxış
Rəssamlıq sənətinin inciləri bir arada | "Bir İnci" sərgisindən maraqlı anlar - Baku TV

Rəssamlıq sənətinin inciləri bir arada | "Bir İnci" sərgisindən maraqlı anlar - Baku TV

Cəmiyyət
26 avqust 2026 22 baxış
Satışdan çıxarılan məhsullarda hansı pozuntular müəyyənləşdirilib? - Baku TV

Satışdan çıxarılan məhsullarda hansı pozuntular müəyyənləşdirilib? - Baku TV

Cəmiyyət
26 avqust 2026 22 baxış
Sosial şəbəkələri coşduran iddia | Böyürtkən yığmaq qadağandır, yoxsa cəriməsi var? - Baku TV

Sosial şəbəkələri coşduran iddia | Böyürtkən yığmaq qadağandır, yoxsa cəriməsi var? - Baku TV

Cəmiyyət
26 avqust 2026 22 baxış
İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV

İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV

Cəmiyyət
26 avqust 2026 22 baxış
"Bizi oxumaq üçün məcbur ediblər" | Müəllim və məzunların ilhamverici uğur hekayəsi - Baku TV

"Bizi oxumaq üçün məcbur ediblər" | Müəllim və məzunların ilhamverici uğur hekayəsi - Baku TV

Cəmiyyət
25 avqust 2026 22 baxış
Beynəlxalq film festivalı Laçının mədəni həyatında yeni səhifə açır - Baku TV

Beynəlxalq film festivalı Laçının mədəni həyatında yeni səhifə açır - Baku TV

Cəmiyyət
25 avqust 2026 22 baxış
Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Cəmiyyət
25 avqust 2026 22 baxış
"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

Cəmiyyət
25 avqust 2026 22 baxış
Seçilmişlər
icon