Pleyeri seçin:

“Çox təhlükəlidir” | 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpü hər an uça bilər - Baku TV

27 iyul 2026 472 baxış

Beş kəndi Göygöl rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb.

Güclü yağışlar və sel suları nəticəsində körpünün bir hissəsi dağılıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, alternativ yol olmadığından hər gün bu körpüdən istifadə etmək məcburiyyətində qalırlar. Onlar körpünün istənilən an tamamilə uça biləcəyindən narahatdırlar və aidiyyəti qurumlardan problemin həllini istəyirlər.

“Hər gün bu yolla gedib-gəlirik. Buradan keçənədək əlimiz ürəyimizin üstündə olur ki, birdən körpü uçub-dağılar. Təkcə biz istifadə etmirik. Buradan yük maşını keçəndə vəziyyət daha da çətinləşir”, – sakinlərdən biri bildirib.

Digər sakin isə körpünün uzun müddətdir təhlükəli vəziyyətdə olduğunu deyib:

“Bu bizim əsas yolumuzdur. Buradan qorxa-qorxa keçirik. Hətta bir neçə avtomobil qəzaya uğrayıb. Dəfələrlə şikayət etmişik, sözümüzü demişik, amma baxan yoxdur”.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan və ümumilikdə 5 min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun dördüncü kilometrliyində yerləşən körpüyə yerində baxış keçirilib.

Qeyd olunub ki, 1960-cı illərdə inşa edilən körpünün texniki vəziyyətinin qiymətləndirilməsi zamanı ciddi aşınma və zədələnmələr aşkarlanıb. Mövcud vəziyyətin nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün risk yaratdığı müəyyən edilib.

Bununla əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq məktublar ünvanlanıb. Bildirilib ki, məsələ nəzarətə götürülüb.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 472 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 472 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 472 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 472 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 472 baxış
Seçilmişlər
icon