Daha 50 ailə Ağdama yola salındı | Köç edənlər barədə məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəngərliyə 50 ailə ‒ 207 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Beləliklə, mayın 20-dəki köç də nəzərə alınmaqla Ağdamın Kəngərli kəndinə ümumilikdə 60 ailə ‒ 255 nəfər köçürülüb.
#Qarabağ teqi istifadə olunub
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Türkiyə öz təcrübəsini bölüşərək Qarabağın dirçəldilməsində fəal iştirak edəcək - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV
- "Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır" | Prezident
