Pleyeri seçin:

Dedilər yaşamaq şansın 15%-dir | Bu insanlar xərçəngdən necə sağaldı? - AYDIN TARİX

18 aprel 2025 893 baxış

Müasir insan bir çox xəstəliklərdən, o cümlədən xərçəng şişlərinin ehtimalından ehtiyat edir. Ailədə heç kim xərçəng xəstəsi olmasa belə, xəstəliyin inkişaf riski qalır. Sadəcə olaraq bəziləri üçün daha yüksək, bəziləri üçün isə aşağı.

Baku TV-də sözügedən xəstəlik haqqında araşdırma materialı yayımlanaraq onun tarixi haqqında məlumat verilib, eləcə də xərçəngdən sağalanlar müalicə müddətində apardıqları mübarizə zamanı yaşadıqlarını bölüşüblər.

Samir Abdullayev ona xərçəng xəstəliyi diaqnozu qoyulduğunu öyrənəndə yaşadığı hisslərdən danışıb:

“Valideynlərim həkimin yanında idilər. Bir saat olardı ki, içəridən çıxmırdılar. Qapıdan baxanda onların danışığını eşitdim. Çıxanda mənə dedilər ki, kiçik bir əməliyyat olunacaqsan, hər şey yaxşı olacaq. O an özümə söz verdim ki, ailəmi gözüyaşlı qoymayacağam, xərçəngə qalib gələcəyəm”.

Samir bu mübarizə dövründə insanların onu narahat edən davranışlarından da söz açıb:

“Dayanacaqda avtobus gözləyəndə insanlar məni dilənçi bilib, qəpik verirdilər. Taksi sifariş edəndə sürücü gediş haqqını ödəyib-ödəyə bilməyəcəyimi soruşurdu. Metroda uşaq anasına mənimlə bağlı sual verəndə, o, qulağını çəkib dəmirə vururdu”.

Zülfiyyə Bayramova isə ona diaqnoz qoyularkən bədxassəli şiş olduğunu biləndə belə şükür etdiyini bildirib:

“Həkim dedi ki, şiş çox böyükdür və yaşamaq şansın 15 faizdir. Psixoloji cəhətdən özümü mübarizəyə hazırladım. Həyat yoldaşımla uşaqlara xəbəri necə verəcəyimiz haqqında danışdıq. 15 yaşlı oğlum birdən anam sabah oyanmaz qorxusu ilə yatırdı. Bəzən görürdüm ki, gecə gəlib nəfəs alıb-almadığımı yoxlayır”.

Banner
“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 893 baxış
“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Cəmiyyət
13 noyabr 2026 893 baxış
“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Cəmiyyət
13 noyabr 2026 893 baxış
Seçilmişlər
icon