Cəmiyyət
Pleyeri seçin:

Donbasın asayişini qoruyan azərbaycanlı polislər danışdı: Şəhərin yarısı dağıdılıb

29 oktyabr 2023

İl yarımdan çoxdur davam edən müharibə fonunda Ukraynada müxtəlif sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da azərbaycanlılar çalışır, ölümlə üz-üzə qalırlar.

Ən ağır şəraitdə xidmət göstərənlər isə ölkənin Donbas əyalətindəki soydaşlarımızdır. Onlardan Donetsk vilayətinin Pokrovsk şəhər polisləri, əslən Azərbaycanın Lənkəran şəhərindən olan Nurlan Nuriyev və qardaşı Rasim Nuriyev xidmət vaxtı hətta ağır yaralanıblar. Nurlan sağalaraq işinin başına qayıtsa da, Rasimin müalicəsi hələ də davam edir.

“6 il əvvəl qardaşımla birlikdə polis kimi çalışmağa başladıq. Çünki anlayırdıq ki, bizim qabiliyyətimiz, fiziki imkanlarımız burada işləməyimizə imkan verir. Əslində, uşaqlıqdan polis olmaq istəyirdik. 2014-cü ildən bəri Donetsk vilayətində hərbi əməliyyatlar davam edir. Buna görə də çətinliklərə öyrəşmişik. Odur ki, belə şəraitdə işləmək bizim üçün normaldır. Həm işimi layiqincə yerinə yetirdiyimə, həm də idman sahəsində qazandığım uğurlara görə medalla təltif olunmuşam.

Ukraynalılar bu sahədə çalışan azərbaycanlılara yaxşı münasibət bəsləyirlər. Çünki soydaşlarımız bu işə çox ciddi yanaşır və öz vəzifələrini layiqincə yerinə yetirirlər. Başa düşürük ki, həm də Azərbaycanı təmsil edirik və əsl azərbaycanlı kimi öz işimizə çox ciddi yanaşmalıyıq”, – azərbaycanlı polis Nurlan Nuriyev deyib.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
22 noyabr 2024
Müştəri evdə yağı əritməyinə peşman oldu |  AQTA-dan məsələ ilə bağlı açıqlama

Müştəri evdə yağı əritməyinə peşman oldu | AQTA-dan məsələ ilə bağlı açıqlama

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon