Pleyeri seçin:

“Düşünə bilməzdim ki, sərnişin təyyarəsini vurarlar” - Pilot Aleksandr Kalyaninovun anası - Baku TV

25 dekabr 2025 641 baxış

“Ötən bu bir il mənim həyatımın ən çətin və dözülməz bir dövrü oldu. Hadisənin baş verdiyini öyrəndiyim zaman bunu qəbul etmək, başa düşmək çox ağrılı oldu. Amma zaman keçdikcə dərk edirsən ki, gedənlər artıq sənin həyatında olmayacaqlar. Başa düşürəm ki, o, bir daha zəng vurmayacaq, “ana, mən artıq çatmışam, evdəyəm” deməyəcək”.

Bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.

O, hələ də oğlunun yoxluğuna inana bilmədiyini söyləyib:

“Düşünürəm ki, insanlar “zaman sağaldır” dedikdə düz demirlər. Bu belə deyil. Gün keçdikcə daha ağrılı olur. Elə bilirəm ki, mənə nə isə olur və bütün bunlar sabah bitəcək. Bunların real olduğuna inanmaq istəmirəm. Elə bilirəm, oğlum gələcək. Mən düşünürdüm ki, onu həyatda baş verə biləcək istənilən çətinliklərdən xilas edə biləcəyəm. Amma bu dəfə bacarmadım, onu xilas edə bilmədim”.

Yelena Kalyaninova qeyd edib ki, heç vaxt ağlına gəlməzdi ki, belə bir hadisə baş verə bilər:

“Çünki avtomobil qəzasında daha çox insan həlak olur, nəinki təyyarə qəzasında. Təyyarə qəzası çox az baş verən bir hadisədir. Düşünə bilməzdim ki, sərnişin təyyarəsini vura bilərlər”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 641 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 641 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 641 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 641 baxış
Seçilmişlər
icon