Pleyeri seçin:

DYP hava ilə bağlı sürücülərə çağırış etdi - Baku TV

04 yanvar 2026 509 baxış

Yanvarın 5-nə olan hava pronozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti olacaq.

Bildirilib ki, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayıb. Sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək tövsiyə olunub.

Qeyd edilib ki, səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər.

Bundan əlavə, sürücülərə, yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinmək, uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli də olsa istirahət etmək məsləhət görülüb.

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 509 baxış
Seçilmişlər
icon