Pleyeri seçin:
Əhaliyə hava ilə bağlı vacib xəbərdarlıq | “Bu tarixdən...”
Milli Hidrometeorologiya Xidməti əhaliyə qarşıdakı günlər üçün hava proqnozu ilə bağlı vacib xəbərdarlıq edib. Oktyabrın 16-sı və 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, maksimal temperatur 19-22 dərəcə təşkil edəcək. Oktyabrın 16-da Azərbaycanın rayonlarında da, xüsusilə şərq rayonlarından başlayaraq, bəzi yerlərdə arabir yağıntılı hava şəraiti hökm sürəcək. Şimşək çaxacağı, ayrı-ayrı yerlərdə isə qısamüddətli leysan yağacağı və dolu düşəcəyi ehtimal olunur.
Kopyalandı
