Əhaliyə hava ilə bağlı xəbərdarlıq | Hava haqqında məlumat
“Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləyin maksimal sürəti bəzi yerlərdə 15-20 metr/saniyəyə çıxacaq. Bölgələrdə də sentyabrın 5-i gündüzdən 7-si gündüzədək qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
“5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-sı və 7-si isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Balakən, Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.