Pleyeri seçin:

Ekspertdən buğda və unun qiymətinin azalması ilə bağlı açıqlama

17 avqust 2023 386 baxış

Azərbaycanda idxal edilən buğdanın qiyməti son bir ildə enməkdə davam edir.

Belə ki, 2022-ci ilin iyun ayında bir tonun orta qiyməti 419 ABŞ doları idisə, 2023-cü ilin iyul ayında az qala yarıbayarı – 46 faizdən çox azalaraq 225 dollara enib. Ötən dövrdə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti isə 36 faiz azalaraq 40 manat 70 qəpikdən 26 manat səviyyəsinə enib.

Lakin çörəyin qiymətində ucuzlaşma tempi aşağıdır. Məlum olduğu kimi, zavod çörəyi kimi tanınan məhsulun qiyməti əvvəlcə 70 qəpikdən 65 qəpiyə, daha sonra isə 60 qəpiyə enib ki, bu da cəmi 14 faiz ucuzlaşma deməkdir. Hərçənd ki, buğdanın qiyməti bu səviyyədə olarkən çörək 50 qəpikdən baha deyildi.

Bəs çörəyin qiymətində ucuzlaşma davam edə bilərmi?

İqtisadçı Eldəniz Əmirov bildirib ki, buğdanın qiymətinin son dövrlər tədricən düşməsinə baxmayaraq, bu prosesin uzunmüddətli olacağı gözlənilən deyil: “Çünki Rusiya “Taxıl sazişi”ndən çıxdığını bəyan edib. Türkiyənin bütün səylərinə baxmayaraq, onu yenidən “Taxıl sazişi”nə qaytarmaq, yəni Ukraynada istehsal olunmuş buğdanın Qara dəniz üzərindən dünyaya satışının çatdırılmasına Rusiya tərəfindən təhlükəsizliyin verilməməsi hazırda bu sahədə ciddi problemlər yaradıb. Buna görə də ola bilsin ki, qarşıdakı aylarda yenidən taxıl qiymətlərində artımlar müşahidə edilsin”.

Bununla belə, ekspert artımın 2022-ci ilin aprel ayında qeydə alınmış ən yüksək həddə çatmayacağını bildirib. Eldəniz Əmirov vurğulayıb ki, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət buğda tədarükünü daha etibarlı şəkildə həyata keçirir: “Buğdanın tədarükü aylar öncə həyata keçirilir. Bu isə dünya birjalarında buğdanın qiymətinin qalxması və yaxud da enməsi zamanı çörəyin qiymətinə dərhal təsir etməməsinə gətirib çıxarır. Yəni aprel ayında maksimum qiymətlər olduğu zaman çörəyin qiyməti qalxmamışdı. Yalnız sentyabrda yeni qiymətlərlə buğda idxalı həyata keçirmək zərurəti yarandıqda bu baş verirdi. Davamlı olaraq buğda qiymətlərində enişlər davam edərsə və bu proses bir neçə ay yenə də müşahidə edilərsə, bundan sonra artıq çörəyin qiymətində hər hansısa aşağı düşmələr müşahidə edə bilərik. Əks halda isə azalma gözlənilən deyil”.

Elə iri çörək istehsalçıları da çörəyin ucuzlaşacağını real hesab etmirlər. Onlar bunu unun yenidən bahalaşmasının gözlənilməsi və un ehtiyatlarını əvvəlki qiymətlərlə almaları ilə əsaslandırırlar.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 386 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 386 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 386 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 386 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 386 baxış
Seçilmişlər
icon