Ekspertdən xəbərdarlıq | İşsiz qalmamaq üçün hansı ixtisasları seçməliyik?
Təhsil müəssisələrinə ixtisas seçimi ərəfəsi olduğu üçün hazırda abituriyent və valideynləri ən çox düşündürən məsələ əmək bazarındakı vəziyyətdir. İxtisas seçimini necə etsinlər ki, gələcəkdə işsiz qalmasınlar və karyeralarını uğurla qursunlar.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, istehsalatda daha çox robotlardan istifadə olunması işçi qüvvəsinin sıradan çıxması ilə nəticələnəcək:
“Əsasən operatorluq, bəstəkarlıq və s. kimi sənətlər sıradan çıxacaq. Hazırda əmək bazarında tələbat İT, pedaqoji, hüquq, kənd təsərrüfatı, elektrik və kimya mühəndisliyi yönümlü ixtisaslaradır”.
Ekspert onu da bildirib ki, alternativ enerji ilə bağlı ixtisaslara tələbat daha da artacaq. Eləcə də yeni texnologiyalara əsaslanan peşələrə diqqətin artacağı gözlənilir.
#Süni intellekt teqi istifadə olunub
- Tədbirdə qlobal iqlim fəaliyyətində gənclərin rolundan danışıldı - Baku TV
- Kənd təsərrüfatında süni intellekt dövrü başlayır | Əkin sahələrində yeni texnologiya - Baku TV
- Kənd təsərrüfatında yeni mərhələ | Beynəlxalq tədbirin ikinci günündə nələr yaşanır? - Baku TV
- Azərbaycanda iqlimə davamlı kənd təsərrüfatı qurulur
- BMT süni zəkanın bəşəriyyət üçün yarada biləcəyi risklərə görə xəbərdarlıq edib
