Pleyeri seçin:

"Öz hesabımıza daş tökdük ki..." | Həkəri çayına müdaxilə edilib? - Baku TV

08 sentyabr 2026 295 baxış

Laçın rayonunda Həkəri çayının sahilində yerləşən restoranlardan birinin çay yatağının bir hissəsini daşlarla dolduraraq ərazini düzləşdirdiyi iddia edilir.

Məsələ ilə bağlı açıqlama verən administrator Vüsal Bəşirov bildirib ki, qeyd olunan addım çayın daşmasının qarşısını almaq məqsədilə atılıb:

“Məsələ ilə bağlı bildirmək istəyirəm ki, həmin vaxt yaz mövsümündə qarların əriməsi nəticəsində Həkəri çayında suyun səviyyəsi kəskin artmışdı. Bu səbəbdən istirahət guşələrimizin alt hissəsinin su ilə yuyulması prosesi gedirdi. Ərazini qorumaq üçün öz hesabımıza buraya bir qədər daş tökdük ki, sel divar hissəni yuyub aparmasın”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Həkəri çayı dağlıq ərazidən keçdiyindən hövzəsində formalaşan səth axınları, xüsusilə intensiv və normadan artıq yağıntılar nəticəsində çayda su sərfinin və səviyyəsinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur:

“Belə hava şəraitinin təsiri nəticəsində çayda suyun səviyyəsinin sürətlə yüksəlməsi, çay məcrasının ayrı-ayrı hissələrində su axınının intensivləşməsi, məcraya lil, daş, çınqıl və digər gətirmələrin daxil olması və nəticədə, çayın suötürmə qabiliyyətinin azalması səbəbindən sel və daşqın hadisələri baş verir. Aparılan məcra dərinləşdirmə işlərinin əsas məqsədi intensiv və normadan artıq yağıntılar nəticəsində Həkəri çayında su səviyyəsinin və su sərfinin kəskin artması zamanı çayın təhlükəsiz suötürmə qabiliyyətinin təmin edilməsi, sel və daşqın hadisələri nəticəsində yarana biləcək təhlükələrin və mümkün zərərin minimuma endirilməsi, habelə çay məcrasının normal hidravlik rejiminin bərpasıdır”.

Kopyalandı
Banner
"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 295 baxış
Seçilmişlər
icon